HI-FI ESTETIK - BAŞ SƏHİFƏ
(+99412) 465 46 06 
(+99450) 489 00 41
Molla Cümə küçəsi 17 B
AZ / RU

Lazer epilyasiyasına ən ucuz qiymət Hi-Fi Estetikdə

Hi-Fi Estetik lazer epilyasiyasına qiymətləri 20 % endirib, indi bir atışın qiyməti 30 qəpikdir

 

Lazer epilyasiyası proseduru İtaliyanın Synchro HP aparatı vasitəsilə aparılır. Aparatın uzun dalğalı impulsları digər lazer aparatlarından fərqli olaraq, daha tez və səmərəli şəkildə tüklərin ləğv edilməsinə imkan yaradır.

 

Lazer şüası mənbəyi özündə infra-qırmızı işıq və istilik saxlayan impulsu yaradır və bu atış saniyənin bir hissəsi qədər davam edir. Amma bu vaxt kifayətdir ki, tükün kökü – soğanağı qızsın və yansın. Hər prosedur zamanı saçların 30 faizi məhv olur, 3-4 prosedur kifayətdir ki, tüklər tamamilə itsin.

 

Synchro HP aparatının üstün cəhətləri

 

  • dərinin bütün foto növləri üçün istifadə oluna bilər
  • xüsusi olaraq tükə təsir edərək epidermisi zədələmir, çünki dəri azca isinir
  • həssas zonalar üçün (bikini, üz, ayaq arası hissə) istifadə oluna bilər, aparatda ardıcıl işləyən soyuducu sistem var
  • prosedur az vaxt aparır, nəticə epilyasiyadan dərhal sonra görünür, prosedur yüksək effektlidir

Saçlarınızla sagollaşmayın

Müasir dövrün gətirdiyi xəstəliklərdən biri də saç tökülməsidir. Getdikcə daha çox insan keçəlləşmə, seyrək saçlar, kəpək, yağlı və ya əksinə, quru baş dərisi və digər problemlərdən şikayətlənir.
 
Tüklərin tökülməsi daima hər iki cinsdən olan şəxsləri narahat edib. Bu da onlarda ruh düşkünlüyünə, mənəvi sarsıntıya, əsəbilik və emosional gərginlik kimi hallara səbəb olur. Xüsusilə, qadınların saç itkisinə qarşı daha çox həssaslıq göstərmələri onların psixoemosional sferasına mənfi təsir göstərir.
 
Sutka ərzində 50-100 tük tökülməsi norma sayılır, o şərtlə ki, bir o qədər də yeni tük əmələ gəlmiş olsun. Tüklərin patoloji tökülməsinin iki əsas forması var: atrofik və atrofik olmayan. Atrofik alopesiyalar adətən ikincili olaraq (dərinin iltihabı, mexaniki zədələr və s.) tük follikullarının dağılması nəticəsində baş verir. Atrofik olmayan alopesiyalar dərinin zədələnməsi olmadan baş verir. Bunlara ocaqlı, androgenetik, telogen (diffuz) və anagen (toksiki) alopesiyalar aiddir.
 
Bəzən belə fikir üstünlük təşkil edir ki, saç tökülməyə başlayanda artıq onun qarşısını heç bir vasitə ilə almaq mümkün deyil. Xüsusən də, kişilər keçəlləşmə ilə mübarizəyə inamsız yanaşırlar. Statistikaya görə, kişilərin 60, qadınların isə 37 faizi bu və ya başqa formalarda saç tökülməsindən əziyyət çəkir. Ancaq onların cəmi 3 faizi mütəxəssisə müraciət edərək, saç tökülməsinin müalicəsi ilə məşğul olur. Qalan 97 faiz isə ya fikirləşir ki, bu problem həll olunan deyil, ya da müalicəyə cəhd edib, amma ilk seansdan effekt görmədiklərinə görə davam etdirməyib. Amma bu, yanlış yanaşmadı. İndiki zamanda saç tökülməsi probleminin aradan qaldırılması üçün çoxlu sayda metod kəşf olunub. Bu, həm əməliyyat vasitəsilə saçların əkilməsi, həm də qeyri-əməliyyat yolu ilə müalicə növləridir.
ətraflı

Mezolifting

Yaşınız 30-u ötüb?

Qırışlar barədə düşünməyin vaxtıdır

Müəyyən yaş həddindən sonra güzgüyə baxmaq bəzən qanqaraldıcı məşğuliyyətə çevrilir. Təqribən 30 yaşdan sonra isə qadınlar üzə düşən qırışlar, sifətin aşağı hissəsində, dodaq ətrafında dəri boşalmaları barədə ciddi düşünməyə başlayırlar. Kosmetologiya dəri dartılmaları ilə bağlı bir neçə vasitə təklif edir. Əlbəttə, son vasitə cərrahiyyə müdaxilədir ki, bu barədə cavan qadınların düşünməsinin vaxtı deyil. Plastik cərrahlar 50 yaşdan sonra qadınlara üzün əməliyyat vasitəsilə liftinqini tövsiyyə edirlər. Daha gənc qadınlar isə ya müxtəlif texnologiyalar əsasında işləyən aparatlar, ya da mezoterapiya ilə əvvəlki şux görünüşlərini qaytara bilərlər. Bu dəfə biz yeni mezoliftinq vasitələrdən bəhs edəcəyik.

Mezoliftinq – mezoterapiya vasitəsilə üz dərisinin dartılmasının xüsusi metodikasıdır. Prosedur üzün cavanlaşması, üz ovalının korreksiyası, ikinci buxağın aradan qaldırılmasına imkan yaradır.

 

ətraflı
    1 2 3 4 5 6