(+99412) 465 46 06
(+99470) 336
87 25
Molla Cümə küçəsi 17 B
SPA NƏDİR?
Spa prosedurları gənclik əhval-ruhiyyəsini, gümrahlığı qaytarır. Məhz bu prosedurların köməyi ilə siz stressi ata, həyat gücünü bərpa edə, yeni enerjidən ruhlana bilərsiniz. İstənilən prosedur xoşhallıq gətirir və 8 saatlıq yuxunu əvəz edə bilər. Salona bir həftə ərzində gündəlik və ya günaşırı gələnlər məmniniyyətlə müşahidə edirlər ki, onlar artıq bir neçə kilodan yaxa qurtarıblar, dəri isə daha hamar və elastik olub.
Spa "Sanus per Aquam" latın ifadəsinin abbriviaturasıdır və mənası “su vasitəsilə sağlamlıq” deməkdir. Spa qədim Roma imperiyasının vaxtından məlum idi. Termal vanna və su mənbələrinin vasitəsilə hələ o vaxt orqanizmi və insanın ruhunu müalicə edirdilər. Hazırda spa-istirahət günü-gündən məşhurlaşır.
Spa sözünün mənşəyi ilə bağlı başqa mülahizə də var. Hesab olunur ki, bu, Belçika şəhəri Spanın adından götürülüb. Tarixi deyimlərə görə, Belçika və Fransa arasında müharibə zamanı müalicəvi mineral bulaqları olan Spa şəhəri uğrunda xüsusilə şiddətli döyüşlər gedib. Çünki yaralı əsgərlərin spada müalicəsi hərbi üstünlük verə bilərdi. İndi spa və talassoterapiyada (dəniz məhsulları ilə müalicə) olan proqramları stress və depressiya, artıq çəkininin müalicəsi, maddələr mübadiləsinin tənzimlənməsi, orqanizmin ümumi tonusunun qaldırılması, kürəyin möhkəmlənməsi, sellilüt və “ağır ayaqlar” sindromunun aradan qaldırılması, dərinin rənginin yaxşılaşdırılmasında istifadə edirlər