(+99412) 465 46 06 
(+99470)
336 87 25
Molla Cümə küçəsi 17 B
PIQMENT LƏKƏLƏRI, ÇAPIQLARIN MÜALICƏSI, ŞLIFOVKA

Müasir kosmetologiyada dərinin relyefinin yaxşılaşdırılması, ləkələrin, səthi qırışların, çapıqların, genişlənmiş məsamələrin müalicəsi üçün müxtəlif metodlardan istifadə olunur. Bu metodlardan biri dərinin cilalanmasidır. Şlifovka zamanı aliminium – oksid kristallarından istifadə olunur. Bu kristallar dəriyə mexaniki təsir göstərərək dərinin üst buynuz hüceyrələrini köndələninə kəsir. Proses yüksək təzyiq altında baş verir və dəridən qopmuş elementlər onun səthindən vakuumla sovrulur.
Metod qeyri-invazivdir, demək olar ki, ağrısızdır. Prosedur zamanı dərinin bütövlüyü pozulmadığından heç bir ağırlaşma baş vermir. Sonda üzə sakitləşdirici maska qoyulur. Lazımi effekt almaq üçün 5-10 seans məsləhət görülür. Prosedurlar bir həftəlik fasilə ilə həyata keçirilir. Üz dərisinin iltihabi xəstəlikləri, herpes, kelloid çapıqlar, kuperoz olduqda bu prosedur məsləhət görülmür. Dərinin cilalanması mərkəzimizdə Almaniyanın Vita Peel aparatı ilə həyata keçirilir.

Prosedur aşağıdakı qüsurların aradan götürülməsində istifadə olunur:

* Akne, postakne genişlənməsi, məsamələr,ləkə
* Piqment ləkələri
* Müxtəlif mənşəli çapıqlar-yanıqsonrası, akne çapıqları, travma sonrası çapıqlar
* Səthi və orta dərinlikdə qırışlar

Prosedurdan alınan effektlər:

* Dərinin liftinqi, kollagen və elastiki liflərin sintezinin stimulyasiyası
* Dərinin tonusu, rəngi və strukturunun yaxşılaşması
* Qırışların, çapıqların hamarlaşması
* Məsamələrin yığılması, dərinin təmizlənməsi

Prosedur üçün müəyyən əks- göstəricilər də var:

* Dərinnin kəskin infeksion xəstəlikləri
* Dəridə kəskin iltihab elementlərinin olması.

Prosedur kurs şəklində aparılır, həftədə 1 dəfə olmaqla təqribən 4-7 seansdan ibarətdir.


Prosedurdan 2-3 gün sonra dərinin qabıqlanması müşahidə olunur.














AZ / RU

KOSMETOLOGİYA

Üzün aparat vasitəsilə təmizlənməsi
Ultrasəsli pillinq, liftinq, masaj
Sızanaqların müalicəsi
Kontur plastikası
Kimyəvi pilinq
Botoks
Mezoterapiya
Parafinoterapiya
Üzün nəmləndirilməsi, liftinq, anti-age qulluq
Üzün cilalanması
Radiodalğalarla cavanlaşma
Tatuaj


SPA PROSEDURLARI

Spa nədir?
Masaj
Antisellilüt masajı
Bürünmələr
Bədənin pilinqi
Limfodrenaj
Termoyorğan
Pəhriz
Sauna
Day Spa

TRİXOLOGİYA

Saç müalicəsi
Saçlara qulluq

LAZER

Lazer epilyasıyası

Lazerlə cavanlaşma
Lazerin dermotologiyada tətbiqi

SOLYARIY

FORUM



(C) Bütün hüquqlar qorunub  "Hi-Fi Estetiks" / Site by Dreamcast Designer