Tüklərdə əmələ gələn xəstəlikləri aydınlaşdırıb düzgün müalicə tədbiri görmək üçün həkim-trixoloq tərəfindən tüklər dəqiqliklə müayinə olunurlar. Müayinə bir neçə mərhələdə aparılır:
- Anamnestik – yəni həkim tərəfindən verilən suallar əsasında xəstəliyin xarakteri aydınlaşdırılır;
- Vizual baxış- yəni həkim tərəfindən saçın tipi, fakturası, tökülmə dərəcəsi, dərinin vəziyyəti müayinə olunur;
- İnstrumental müayinə - kompüter- mikroskopik diaqnostik kompleks vasitəsilə tüklərin follikulyar və mil hissəsi tədqiq olunur (pasient vizual olaraq özü bütün prosesi əyani olaraq görür), sonra tüklərin spektral müayinəsi aparılır (tüklərin tərkibi, mikroelementlər və s.)
Müalicə kompleksinə aiddir :
1. Fitoterapiya - pasiyentin diaqnozuna uyğun olan bitki yığıntısından istifadə olunur.
2. Fizioterapiya - yəni aparatlar vasitəsilə ( ultrasəs vibrator, ultrasəs paylaşdırıcı, radiodalğa, mikroiona və elekrofarez, lazer və maqnitoterapiya və s.) müalicə.
3. Mezoterapiya – tük follikullarını qidalandıran vitamin və aminturşularından ibarət kokteyllərdən istifadə olunur;
4. Sağlamlaşdırıcı istilik proseduraları.