

Bu gün üzün qeyri-cərrahiyyə yolu ilə dartılması vasitələrindən danışanda ilkin olaraq bu sahədə mütləq lider olan radiodalğalı liftinq xatırlanır. Radioliftinq radiodalğalar vasitəsilə dərinin cərrahiyyə əməliyyatı olmadan dartılması, liftinqidir. Radiodalğaların kosmetologiyada tətbiqi təəccüblü dərəcədə səmərəli nəticələr verir. Bu prosedur vasitəsilə dərinin elastikliyi artır, möhkəmlənir, üzün sallaqlığı aradan qaldırlır, prosedur dərin qırışların açılmasında möcüzələr vəd edir. 1-16 Mhs tezlikli radiodalğalar dərinin orta qatlarına qədər nüfuz edir və bu toxumalarda hərarət dəyişikliyinə səbəb olur. Nəticədə dərinin altında olan və onun elastikliyini, möhkəmliyini təmin edən kollagen lifləri dartılır və möhkəmlənir. Bu vasitə prosedurdan dərhal sonra dərinin dartıldığını görmək imkanı verir.
Eyni zamanda, radiodalğalı şüalanma zəifləmiş və genişlənmiş liflərin yerinə yeni kollagen liflərinin əmələ gəlməsini stimullaşdırır. Bu proses sanki “domino” effektini verir, yarım il və ya daha artıq müddətdə davam etdikdə dəri və onu saxlayan toxumalar tədricən möhkəmlənir.
Radioliftinq zamanı anesteziyadan istifadə olunmur, prosedur ağrısızdır. Seans
üzərində işlənilən nahiyənin həcmindən asılı olaraq 20 dəqiqədən 2 saata qədər
davam edə bilər. Prosedurdan dərhal sonra dəri daha gənc və hamar görünür.
Hansı hallarda məsləhət görülür:
•
Üz, boyun, dekoltye, alt və üst göz qapaqlarındakı qırış və büküşlərin aradan
qaldırılması
• Üz ovalının korreksiyası (yumşaq toxumaların ptozu)
• Qaşların qeyri-cərrahiyyə yolu ilə qaldırılması
• Lokal səviyyədə artıq piyin toplanması
Möcüzəvi effekt nə qədər davam edir?
Orta hesabla 6 seansdan ibarət olan proqram öz effektini 5 və daha artıq il
ərzində saxlaya bilər. Bu effekt arada bir dəfə edilən dəstəkləyici prosedur ilə
möhkəmlənir. Sizin orqanizm nə qədər cavan (ilk növbədə pasportdakı yaş yox,
bioloji yaş nəzərdə tutulur) və sağlamdırsa, proqramın effekti daha çox qalır.
Əks göstəricilər:
Bu
prosedur orqanizminə yeridilmiş kardiostimulyator, kardioverter-defibrillyator
və ya başqa implant olunmuş elektrik cihazı ilə yaşayan pasiyentlərə olmaz.
Şəkərli diabet, birləşdirici toxumaların bəzi xəstəlikləri, ümumi infeksion
xəstəliklər və işlənilən nahiyədə dəri xəstəlikləri zamanı məsləhət görülmür.


Üzün aparat vasitəsilə təmizlənməsi
Ultrasəsli pillinq, liftinq, masaj
Sızanaqların müalicəsi
Kontur plastikası
Kimyəvi pilinq
Botoks
Mezoterapiya
Parafinoterapiya
Üzün nəmləndirilməsi, liftinq, anti-age qulluq
Üzün cilalanması
Radiodalğalarla cavanlaşma
Tatuaj
SPA PROSEDURLARI
Spa nədir?
Masaj
Antisellilüt masajı
Bürünmələr
Bədənin pilinqi
Limfodrenaj
Termoyorğan
Pəhriz
Sauna
Day Spa
TRİXOLOGİYA
Saç müalicəsi
Saçlara qulluq
LAZER
Lazer epilyasıyası
Lazerlə cavanlaşma
Lazerin dermotologiyada tətbiqi
SOLYARIY
