(+99412) 465 46 06 
(+99470) 336 87 25
Molla Cümə küçəsi 17 B
AZ / RU
(C) Bütün hüquqlar qorunub  "Hi-Fi Estetiks" / Site by Dreamcast Designer
SAÇLARA QULLUQ

    Ev şəraitində saçlara qulluq :

     Saçlara düzgün qulluq onların yuyulmasından başlayır. Saçın növü (yağlılıq dərəcəsi nəzərdə tutulur), iş şəraiti, həyat tərzindən asılı olaraq saçların yuyulması arasındakı vaxt dəyişilir. Normal yağlılıqda olan saçları həftədə 1 və ya 2 dəfə yumaq məsləhətdir. Yağlı saçları 3 gündən bir, quru saçı isə həftədə bir və ya 10 gündən bir yumaq lazımdır. Yuyucu vasitələrin seçimində də diqqətli olmaq lazımdır. Ya həkimlə məsləhətləşmək, ya da şampunların üzərindəki qeydlərlə yaxşı tanış olmaq lazımdır. Yağlı saçlar üçün xüsusi bitki, qətran tərkibli şampunlar var, onlardan istifadə etdikdən sonra saçı 200 ml suya 1\2 hissə limon şirəsi sıxaraq yaxalamaq olar. Quru saçları yuyarkən istənilən şampunun tərkibinə yumurta sarısı və ya 1 xörək qaşığı bitki yağı əlavə etmək məsləhətdir. Fenlərdən, balzam, gel və ya musslardan daima istifadə etmək olmaz, çünki onlar da saçların tökülməsinə səbəb olurlar. Normal saçı gündə 1 və ya 2 dəfə (xüsusilə yağlı saçı), quru saçı isə 2-3 dəfə aralı məsafəli taxta və ya plastmas daraqla daramaq lazımdır.

    Qidalanma və həyat tərzi nəinki saçın ümumi vəziyyətinə, eləcə də, saçların sağlamlığına təsir edir. Saçların möhkəmlənməsi üçün ən yaxşı pəhriz ümumi orqanızmə faydalı sayılan qidalanmadı. Çalışın daha az heyvan mənşəli yağlar, duz, şəkər yeyəsiniz. Daha çox meyvə, göyərti, qara çörək yeyin. Çoxlu maye qəul edin, spirtli içkilər və tütünü məhdudlaşdırın. Saçlar soyuq havanı heç xoşlamırlar. Şaxtadan saçlarda mikrozədələr əmələ gəlir. Saç mili gərilir, onlar kövrəkləşir. Bundan qorunmağın ən yaxşı yolu papaqdı. Çalışın stresslərdən uzaq olun və sona qədər müalicə olunmamaış xəstəliklər saxlamayın. Onların bir çoxu saçlarınızın vəziyyətinə pis təsir göstərə bilər.

    Ev şəraitində məsləhət görülən maskalar.
    Qeyd etmək lazımdır ki, maskalar sağlam saçlar üçündür. Maska saça canlılıq verir, təbii parlaqlığı qaytarır. Çox təəssüflər olsun ki, bəzən tükdə gedən problemi araşdırmadan kortəbii olaraq maskalardan istifadə edilir. Məsələn, yağlı saça tərkibində ağır və çətin sorulan yağlı maskalardan və yaxud quru saça quruluq verən bitki mənşəli dəmləmələrdən istifadə edirlər.

    Yağlı saçlar üçün maskalar :
1) 1 x /q konyak +1 x /q xardal tozu + 2 ədəd ağ turp əzməsi + 1 x / q bal bunları yaxşıca qarışdırıb tüklərin dibinə sürtüb 1-2 saat saxlayıb sonra yumaq.
2) 1 x / q aloe suyu + 1 x / q soğan əzməsi + 1 x /q duz + 1 x /q limon şirəsini qarışdırıb 1 saatlıq başın tüklü nahiyəsinə çəkməli.





KOSMETOLOGİYA

Üzün aparat vasitəsilə təmizlənməsi
Ultrasəsli pillinq, liftinq, masaj
Sızanaqların müalicəsi
Kontur plastikası
Kimyəvi pilinq
Botoks
Mezoterapiya
Parafinoterapiya
Üzün nəmləndirilməsi, liftinq, anti-age qulluq
Üzün cilalanması
Radiodalğalarla cavanlaşma
Tatuaj


SPA PROSEDURLARI

Spa nədir?
Masaj
Antisellilüt masajı
Bürünmələr
Bədənin pilinqi
Limfodrenaj
Termoyorğan
Pəhriz
Sauna
Day Spa

TRİXOLOGİYA

Saç müalicəsi
Saçlara qulluq

LAZER

Lazer epilyasıyası

Lazerlə cavanlaşma
Lazerin dermotologiyada tətbiqi

SOLYARIY

FORUM