(+99412) 465 46 06 
(+99470) 336 87 25
Molla Cümə küçəsi 17 B
AZ / RU

KOSMETOLOGİYA

Üzün aparat vasitəsilə təmizlənməsi
Ultrasəsli pillinq, liftinq, masaj
Sızanaqların müalicəsi
Kontur plastikası
Kimyəvi pilinq
Botoks
Mezoterapiya
Parafinoterapiya
Üzün nəmləndirilməsi, liftinq, anti-age qulluq
Üzün cilalanması
Radiodalğalarla cavanlaşma
Tatuaj

SPA PROSEDURLARI

Spa nədir?
Masaj
Antisellilüt masajı
Bürünmələr
Bədənin pilinqi
Limfodrenaj
Termoyorğan
Pəhriz
Sauna
Day Spa

TRİXOLOGİYA

Saç müalicəsi
Saçlara qulluq

LAZER

Lazer epilyasıyası

Lazerlə cavanlaşma
Lazerin dermotologiyada tətbiqi

SOLYARIY

FORUM



(C) Bütün hüquqlar qorunub  "Hi-Fi Estetiks" / Site by Dreamcast Designer


MEZOTERAPIYA

Mezoterapiya müasir kosmetologiyada müxtəlif problemlərin həlli üçün ən universal və populyar metodlardan biridir. Müxtəlif müalicəvi məqsədlər üçün nəzərdə tutulmuş preparatlar iynə vasitəsilə birbaşa dərinin dermal qatına yeridilir. Bu vasitənin istifadəsi zamanı preparatın ümumi qan dövranına sovrulub qaraciyər-böyrəklər vasitəsi ilə xaric olması faizi çox az olduğundan yerli (lokal) effekt daha səmərəli olur. Mezoterapiyadan demək olar ki, əksər kosmetoloji problemlərdə - xrono və fotoyaşlanmada, sızanaqlar, kuperoz, saç tökülməsi (alopisiya), striya və çapıqların, sellilütin müalicəsində, kimyəvi pilinqlərə hazırlıq mərhələsində istifadə olunur. Hər hansı bir müalicə məqsədi ilə müxtəlif komponentlərdən ibarət kokteyllər hazırlanır. Ən çox tətbiq olunan komponentlər bunlardır:

1. Vitaminlər (askorbin turşusu, B qrupu vitaminləri, biotin, PP vitamini, rutin və s)
2. Olitoelementlər ( sink, selen, selesium, kobalt, manezium və s)
3. Amin turşuları ( L- fenilalonin, L-ornitin, və s)
4. Turşular və onların duzları ( qlikol, salisil, süd turşuları)
5. Bitki ekstraktları ( yaşıl çay, qinko biloba, artişok və s)
6. Müxtəlif aktiv maddələr ( hioluron turşusu, DMAE və s)
7. Heyvan və dəniz mənşəli ekstraktlar (kallogen, elastin, glikoza minoglikonlar)

Mezoterapiya seanslar şəklində keçirilir. Müalicə proqramı 6-15 seansdan ibarət olmaqla 7-10 gündə 1 dəfə olur.

Əks göstərişlər bunlardır:

- hamiləlik və laktasiya
- kəskin infeksoin xəstəliklər
- qan xəstəlikləri
- anamnezdə allergik reaksiyaların olması
- bədxassəli şişlər