(+99412) 465 46 06 
(+99470) 336 87 25
Molla Cümə küçəsi 17 B
AROMAMASAJ

Sizə seçim üçün xəfif və ya intensiv masaj təklif oluncaq. Seansdan əvvəl sizə masajda istifadə edilən bir neçə növ çiçək və ya meyvə yağlarından birini seçmək təklif olunacaq. Efir yağları təbii endofrinin ifrazına kömək edir, beləliklə prosedur daha xoş keçir və masaj yağı dərini daha yaxşı qidalandıraraq nəmləndirir. Masaj bir saat davam edir və çılpaq bədənə edilir

LPC MASAJI (VAKUUM VƏ ROLIK MASAJ)

İtaliyanın OVER Line aparatının onlarla proqramı vasitəsilə aparılır. Prosedurlar sellilütün, artıq çəkinin müalicəsində əla nəticələr verir, dəri altında toplaşan iri piy hissəciklərinin ağrısız dağılmasını, şlakların ifrazı, ödem və ya artıq mayenin bədəndən çıxmasını intensivləşdirir. Orqanizmə sakitləşdirici və rahatlayıcı təsir göstərir. Vakuum masajı əzələlərin tonusunu artırır, yüngül liftinq effekti verərək dərinin elastikliyini bərpa edir. Bu masaj növü qırışların götürülməsində, üz dərisinin rənginin yaxşılaşmasında, üz ovalının korreksiyası və boğazaltı piyin götürülməsində əla nəticələr verir

MASAJIN TARİXİ

Məşhur müalicə vasitələrindən yəqin ki, ən qədimi orqanizmin xəstə hissəsinə şəfaverici bir nəfərin əlinin təsiridir (daha sonra bu manual müalicə və masaj adını aldı). Hələ lap qədimdən insanlar intiutiv olaraq müxtəlif xəstəlik və ağrıların aradan qaldırılması üçün xəstə yerin ovuşdurulması və tumarlanmasından istifadə ediblər. Masajın müxtəlif üsulları onlara ehtiyac duyulduqca meydana gəlməyə başladı, keyfiyyət və kəmiyyətlə bağlı təcrübə toplandı. Bütün bunlar sistemləşərək özünün daxili fəlsəfəsi, xəstəliyin mahiyyətinə baxışla fərqli metodları yaratdı.
Masajın kəşfi və müəyyən edilməsini hər hansı bir xalqa aid etmək mümkün deyil. Müxtəlif səviyyələrdə masaj hər bir xalqa məlum olub. Bəzi müəlliflər hesab edirlər ki, masaj fransız sözü olan massage -dan götürülüb və masser (ovxalamaq) felindən əmələ gəlib. Bu sözün isə öz növbəsində ərəb dilində olan mass sözündən götürülüb əl vurmaq, toxunmaq mənası verdiyi deyilir. İkinci qisim müəlliflər isə hesab edirlər ki, masaj sankrit dilində olan makch, digərləri yunanca masso (əllə sıxmaq) və ya latınca massa (barmaqlara dəyən) mənası verdiyini düşünürlər.

AZ / RU

KOSMETOLOGİYA

Üzün aparat vasitəsilə təmizlənməsi
Ultrasəsli pillinq, liftinq, masaj
Sızanaqların müalicəsi
Kontur plastikası
Kimyəvi pilinq
Botoks
Mezoterapiya
Parafinoterapiya
Üzün nəmləndirilməsi, liftinq, anti-age qulluq
Üzün cilalanması
Radiodalğalarla cavanlaşma
Tatuaj


SPA PROSEDURLARI

Spa nədir?
Masaj
Antisellilüt masajı
Bürünmələr
Bədənin pilinqi
Limfodrenaj
Termoyorğan
Pəhriz
Sauna
Day Spa

TRİXOLOGİYA

Saç müalicəsi
Saçlara qulluq

LAZER

Lazer epilyasıyası

Lazerlə cavanlaşma
Lazerin dermotologiyada tətbiqi

SOLYARIY

FORUM



(C) Bütün hüquqlar qorunub  "Hi-Fi Estetiks" / Site by Dreamcast Designer