



LİMFODRENAJ
Body Beauty Clinic aparatı vasitəsilə həyata keçirilir. İstənilən antisellilüt proqramı limfodrenajdan başlayır. Limfodrenaj artıq mayenin, daha doğrusu, hüceyrələr arasında toplaşmağa meylli olan və bununla da müxtəlif patologiyalara gətirib çıxaran artıq mayenin orqanizmdən çıxarılmasıdır. İnsan orqanizminin 80 fazini maye təşkil edir. Maye hüceyrələrin tərkibində olmaqla yanaşı, onların arasında da olur. Hüceyrələr sanki hüceyrələrarası mayedə üzür. Bunun hesabına da orqanizm qidalı maddələrdən faydalanır. Hüceyrələrin qidalanması qan vasitəsilə aparılırsa, şlakların çıxarılmasında əsas rolu limfa sistemi oynayır. Limfa sanki orqanizmin “kanalizasiya sistemi” kimi çıxış edir. Yaş ötdükcə, qan damarlarının tonusunun və insanın əzələ aktivliyinin aşağı düşməsi ilə əlaqədar olaraq limfa kapilyarlarla daha ləng hərəkət etməyə başlayır. Bu səbəbdən də limfa axını zəifləyir. Yaşlanma və passiv həyat tərzi limfa dövranının zəifləməsinə səbəb olur. Prosedurdan əvvəl su və ya şirin olmayan şirələr içmək lazımdır ki, toksinlər orqanizmdən maksimal dərəcədə çıxarılsın. Limfodrenaj və ya pressoterapiya mayenin orqanizmdə bərabər şəkildə yayılması və ya artıq mayenin çıxarılmasını təmin edir. “Ağır ayaqlar” sindromu müalicə olunur, əsəb sisteminə sakitləşdirici təsir göstərir. Limfodrenajın müsbət təsiri dərhal sezilir, dəyişikliyi aylarla gözləmək lazım gəlmir. Artıq birinci prosedurdan sonra xoş bir istilik, ayaqlarda yüngüllük, gümrahlıq hiss olunur, əhval- ruhiyyə yüksəlir, artıq çəki azalır. İkinci, üçüncü seansdan sonra şişkinlik itir, dərinin “portağal qabaqlı” hissələri hamarlaşır, dərinin rəngi düzəlir, onun səthində əvvəllər görünən kiçik damarlar yox olur.

(+99412) 465 46 06
(+99470) 336 87 25
Molla Cümə küçəsi 17 B