(+99412) 465 46 06
(+99470) 336 87 25
Molla Cümə küçəsi 17 B
LAZERLƏ CAVANLAŞMA
Plastik əməliyyatlara hazır olmayanlar üçün imicin yenilənməsi və dərinin cavanlaşması üçün erbi lazeri ilə hamarlama təklif edilir. Erbi lazerin köməyi ilə cəmi 5-7 günə yeni bir üzə sahib olmaq mümkündür. Üzün və bədənin lazerlə hamarlanması təkcə lazerlə cavanlaşma, liftinq deyil, həm də piqment və damar ləkələrindən, postaknelərdən yaxa qurtarmağın ən münbit yoludur.
Erbi lazer bədənin çəkisinin dəyişməsi zamanı dəridə əmələ gələn dartılmalar, striylərin aradan qaldırılması üçün yeganə vasitədir.
Üzün lazerlə pilinqi dərinin tonusunun yüksəldilməsinə də yardım edir. Güclü liftinq effektinə malik olan lazer prosedurları ovalın korreksiyasına zəmin yaradır, prosedurdan sonra hətta bir il ərzində dərinin elastikliyini təmin edən yeni kollagenin ifrazını stimullaşdırır.