![]() |
(+99412) 465 46 06 (+99450) 489 00 41 Molla Cümə küçəsi 17 B |
![]() KOSMETOLOGİYA Üzün aparat vasitəsilə təmizlənməsi Ultrasəsli pillinq, liftinq, masaj Ultrasəsli pillinq, liftinq, masaj Kontur plastikası Kimyəvi pilinq Botoks Mezoterapiya Parafinoterapiya Üzün nəmləndirilməsi, liftinq, anti-age qulluq Üzün cilalanması Radiodalğalarla cavanlaşma Tatuaj Dəriyə qulluq SPA PROSEDURLARI Spa nədir? Masaj Antisellilüt masajı Bürünmələr Bədənin pilinqi Limfodrenaj Termoyorğan Pəhriz Sauna Day Spa TRİXOLOGİYA Saç müalicəsi Saçlara qulluq LAZER Lazer epilyasıyası Lazerlə cavanlaşma Lazerin dermotologiyada tətbiqi |
Mezolifting Yaşınız 30-u ötüb? Qırışlar barədə düşünməyin vaxtıdır Müəyyən yaş həddindən sonra güzgüyə baxmaq bəzən qanqaraldıcı məşğuliyyətə çevrilir. Təqribən 30 yaşdan sonra isə qadınlar üzə düşən qırışlar, sifətin aşağı hissəsində, dodaq ətrafında dəri boşalmaları barədə ciddi düşünməyə başlayırlar. Kosmetologiya dəri dartılmaları ilə bağlı bir neçə vasitə təklif edir. Əlbəttə, son vasitə cərrahiyyə müdaxilədir ki, bu barədə cavan qadınların düşünməsinin vaxtı deyil. Plastik cərrahlar 50 yaşdan sonra qadınlara üzün əməliyyat vasitəsilə liftinqini tövsiyyə edirlər. Daha gənc qadınlar isə ya müxtəlif texnologiyalar əsasında işləyən aparatlar, ya da mezoterapiya ilə əvvəlki şux görünüşlərini qaytara bilərlər. Bu dəfə biz yeni mezoliftinq vasitələrdən bəhs edəcəyik. Mezoliftinq mezoterapiya vasitəsilə üz dərisinin dartılmasının xüsusi metodikasıdır. Prosedur üzün cavanlaşması, üz ovalının korreksiyası, ikinci buxağın aradan qaldırılmasına imkan yaradır.
ətraflı
Radiodalgalarla cavanlaşma Bu gün üzün qeyri-cərrahiyyə yolu ilə dartılması vasitələrindən danışanda ilkin olaraq bu sahədə mütləq lider olan radiodalğalı liftinq xatırlanır. Radioliftinq radiodalğalar vasitəsilə dərinin cərrahiyyə əməliyyatı olmadan dartılması, liftinqidir. Radiodalğaların kosmetologiyada tətbiqi təəccüblü dərəcədə səmərəli nəticələr verir. Bu prosedur vasitəsilə dərinin elastikliyi artır, möhkəmlənir, üzün sallaqlığı aradan qaldırlır, prosedur dərin qırışların açılmasında möcüzələr vəd edir. 1-16 Mhs tezlikli radiodalğalar dərinin orta qatlarına qədər nüfuz edir və bu toxumalarda hərarət dəyişikliyinə səbəb olur. Nəticədə dərinin altında olan və onun elastikliyini, möhkəmliyini təmin edən kollagen lifləri dartılır və möhkəmlənir. Bu vasitə prosedurdan dərhal sonra dərinin dartıldığını görmək imkanı verir.
ətraflı
Yeni dəriyə sahib olun Daha gənc və ecazkar görünün Yay aylarında qaralma və isti havanın təsirindən üz dərisi bir qədər yorğun və kobudlaşmış hala düşür. Başqa tərəfdən, yayda fəal günəş şüaları dəriyə piqment ləkələri salır və onun qocalmasını sürətləndirir. Bu baxımdan, məhz payız fəsli dərini təzələmək və cavanlaşdırmaq üçün ideal zamandı. Payızda ən səmərəli və populyar prosedur pilinqdi. İngilis sözü olan “peeling” “qabığı soymaq, təmizləmək” mənasını verir. Kosmetologiyada pilinq epidermisin üst qatının soyulması mənasında işlədilir. Pilinq proseduru dərinin müxtəlif qatlarına təsir edərək Kosmetologiyada müxtəlif növ pilinqlər var: Qlikol, meyvə turşuları, mexaniki (brosaj) yolla, enzim, lazer vasitəsilə, mezopilinq, ultrasəslə və ya almaz, ya da ki alüminium kristalları vasitəsilə aparılan pilinqlər. Dəriyə təsirindən asılı olaraq, səthi, orta və dərin pilinqlər var ki, onların vasitəsilə dəri müxtəlif səviyyədə zədələnir.
![]() |
![]()
|