



Hialuron turşusu
biotexnoloji yolla streptokokların fermentasiyasından alınır. Bu yolla alınan
hialuron turşusu özündə zülal saxlamadıqı üçün orqanizmdə heç bir allergik
reaksiyaya səbəb olmur və dərinin komponentlərinin kimyəvi tərkibinə tam
uyğundur.
Hialuron turşusu tərkibli preparatlar qırışların korreksiyandan tutmuş üzün
ovalının düzəldilməsinə qədər müxtəlif problemlərin həlli üçün istifadə olunur.
Prosedurun effekti 6 - 12 ay qalır və bundan sonra onu yenidən təkrarlamaq lazım
gəlir.
Prosedur üçün əks – göstəricilər bunlardır:
- Qan
laxtalanmasının pozulması,
- Autoimmun xəstəliklər,
- İnyeksiya olunacaq nahiyənin kəskin infeksion xəstəlikləri,
- Hamiləlik, laktasiya.
Beləliklə, hialuron turşusu tərkibli preparatlardan göz və ağız bucağı ətrafı
səthi və dərin qırışların korreksiyası, dodağa həcm vermək, dərini nəmləndirmək
və onun elasikliyini təmin etmək üçün istifadə olunur.

