(+99412) 465 46 06 
(+99470) 336 87 25
Molla Cümə küçəsi 17 B
AZ / RU
ÜZÜN APARAT ILƏ TƏMIZLƏNMƏSI

Üzün aparat ilə təmizlənməsi zamanı məsamələr dərindən təmizlənir. Prosedur bir neçə mərhələdən ibarətdir.

- Demakiyaj və qommaj -Üz üçün nəzərdə tutulmuş təmizləyici süd, tonik və skrab vasitəsilə üz makiyaj qalıqlarından, çirkdən təmizlənir.

- Brasaj-hərəkət edən xüsusi başlıqlar, süngər, şotka vasitəsilə dərinin üst buynuz qatının ölmüş hüceyrələrdən təmizlənməsidir. Nəticədə dəri  hamarlaşır, piy və tər vəzlərinin qalıqlarından təmizlənir. Üzün sağ tərəfində saat əqrəbi istiqamətində, sol tərəfdə isə saat əqrəbinin əksi istiqamətində hərəkət elətdirilir.Nazik quru dəridə kosmetik süd, yağlı, qalın dəridə isə skrab vasitəsilə həyata keçrilir.

- Vaporizasiya - kiçik dispersli buxar vasitəsilə üzün buxarlanmasıdır. Metod qan dövranının yaxşılaşması, məsamələrin açılması, piy və tər vəzlərin ifzarının stimulyasiyalı məqsədi ilə istifadə olunur. Ozonla zənginləşdirilmiş buxar eyni vaxtda üz dərisini oksigenlə zənginləşdirir, nəmləndirir, dezinfeksiya edir və sakitləşdirir. Prosedur 10-15 dəqiqə çəkir və bu prosedurdan sonra üz dərisi təravətlənir, nəmlənir və azacıq çəhrayı rəng alır (kəskin hiperemiya olmalı deyil)

- Ultrasəs pillinq- epidermisin səthi eksfoliasiyasıdır (ölmüş hüceyrələrdən, qara nöqtələrdən-komedonlardan, piy və tər vəzlərinin qalıqlarından təmizlənməsi). Prosedurun əsasını ultrasəs dalgalarının dəriyə mexaniki təsiri təşkil edir. Nəticədə US dalğalarının dəridən əks olunması  (əks olunmuş dalğalar dəri səthindən ölmüş buynuz hüceyrələrini uzaqlaşdırır)  və kavitasiya (kontakt mühitdə -suda, tonikdə qovuqcuların əmələ gəlməsi) effekti baş verir. Həmin qovucuqlar epidermisin səthinə nüfuz edərək dərini nəmləndirir. Prosedur 10-15 dəqiqə davam edir.

- Darsonval- iltihab əleyhinə toz yaş tamponla üzə çəkilir və 5-7 dəqiqə darsonvalizasiya aparılır. Məqsəd hiperemiyanı aradan götürmək, anitseptik təsir göstərmək və məsamələri yığmaqdır.

Prosedur dəriyə müxtəlif tərkibli- əsasən dərini sakitləşdirən, məsamələri yığan maskanın qoyulması ilə başa çatır.


KOSMETOLOGİYA

Üzün aparat vasitəsilə təmizlənməsi
Ultrasəsli pillinq, liftinq, masaj
Sızanaqların müalicəsi
Kontur plastikası
Kimyəvi pilinq
Botoks
Mezoterapiya
Parafinoterapiya
Üzün nəmləndirilməsi, liftinq, anti-age qulluq
Üzün cilalanması
Radiodalğalarla cavanlaşma
Tatuaj


SPA PROSEDURLARI

Spa nədir?
Masaj
Antisellilüt masajı
Bürünmələr
Bədənin pilinqi
Limfodrenaj
Termoyorğan
Pəhriz
Sauna
Day Spa

TRİXOLOGİYA

Saç müalicəsi
Saçlara qulluq

LAZER

Lazer epilyasıyası

Lazerlə cavanlaşma
Lazerin dermotologiyada tətbiqi

SOLYARIY

FORUM



(C) Bütün hüquqlar qorunub  "Hi-Fi Estetiks" / Site by Dreamcast Designer