KIMYƏVI PILINQ
Kosmetologiyada dərinin müxtəlif problemlərinin korreksiyası üçün kimyəvi
pilinqlərdən istifadə olunur. Pilinq epidermisin müəyyən qatlarının
istiqamətlənmiş soyulma prosesinə deyilir. Kimyəvi pilinq məqsədi ilə
mərkəzimizdə AHA turşularından (
qlikol, süd, üzüm, və s) istifadə olunur. Turşuların təsirindən dərinin
zədələnməsi baş verir ki, bu da dərinin regenerasiya qabiliyyətini aktivləşdirir,
nəticədə kollagen, elastin liflərinin və qialuron turşusunun sintezi artır, yeni
hüceyrələr əmələ gəlir və s. Dərinin, səthi qırışların hamarlanması, çapıqların,
müxtəlif piqment ləkələrinin, genişlənmiş məsamələrin müalicəsi məqsədi ilə
istifadə olunur. Prosedur kurs şəklində aparılır, turşunun tədricən 30, 70,
70%-li qarışıgından istifadə olunur, prosedurdan 7-10 gün əvvəl dərinin turşuya
həssaslığını aradan götürmək üçün pasiyentə evdə istifadə etmək üçün həmin
turşunun 7-12% qarışığı verilir. Pilinqin effektivliyi turşunun ekspozisiya (üzdə
saxlanılma) müddətindən asılıdır. Dəri növündən və dərinin həssaslığından asılı
olaraq bu 3-10 dəqiqə çəkir. Turşu dəridən xüsusi neytralizator vasitəsi ilə
təmizlənir.
Pilinqlərin ən effektivlərindən biri də mindal pilinqidir. Mindal turşusunun
molekulları ölçüsünə görə qlikol turşusununkundan böyük olduğundan dəriyə
yavaş-yavaş daxil olur və dərini daha az qıcıqlandırır. Buna görə də ondan
həssas dərilərdə belə istifadə etmək mümkündür. Həmçinin mindal turşusu dəridə
fotosensibilizasiya (günəşə həssaslıq) və melanogenez (piqment əmələ gəlmə)
prosesinin zəiflətdiyi üçün onu qızmar günəşli günlərdə də tətbiq etmək olar.
Turşunun əsasən 30% qarışığından istifadə edilir.