(+99412) 465 46 06 
(+99470) 336 87 25
Molla Cümə küçəsi 17 B
BOTOKS                    
         
Üzdəki qırışlarla mübarizə dermatokosmetologiyanın ayrılmaz hissələrindən biridir. Belə metodlardan biri də botulizm toksinin (Botulinum A Exotoxin)  kosmetologiyada tətbiqidir. BTXA-nın “gözəllik eliksiri” kimi qeyri-adi tarixi var. Tibb sahəsində bu toksindən hazırlanmış xüsusi preparatdan ilk dəfə 1980-cı ildə oftalmoloq A.Skot çəpgözlükdə əzələ spazmını aradan götürmək üçün istifadə etmişdir. Sonralar həmin preparatdan aktiv şəkildə nevrologiyada da istifadə olunmağa başlandı. Preparatın bu sahələrdə tətbiqi zamanı maraqlı bir effect müşahidə olundu - blefarospazm və hemifasial spazmın müalicəsi zamanı gözətrafı və alın qırışları da hamarlanırdı. BTXA-nın belə təsirindən sonra, 1990-cı illərdən başlayaraq toksindən dermatologiyada üzdəki qırışların korreksiyası, qaşların assimetriyası, hipehidrozda (artıq tərləmədə) aktiv şəkildə istifadə olunmağa başlandı.
     Məlumdur ki, botulizm çöpləri ilə çirklənmiş qidanın qəbulu (əsasən konservləşdirilmiş) botulizm xəstəliyinə səbəb olur. Dermatokosmetologiyada isə tibbi məqsəd üçün  yüksək səviyyədə təmizlənmiş  toksindən istifadə olunur. BTXA effektiv miorelaksantdir. O, asetilxolinin sinaptik boşluğa ifrazını blokada etməklə sinir-əzələ keçiriciliyinin qarşısını alır və əzələlərin müvəqqəti iflicinə səbəb olur
   

BTXA-dan istifadə olunur

      Gözətrafı qırışların  (“göz ayagı”),
      Alnın horizontal,
      Dodaqüstü qırışların korreksiyası
      Hiperhidrozun(artıq tərləmə) müalicəsi
      Çeynəmə əzələlərinin hiperdistrofiyası zamanı

Botoksun əlavə və keçici təsirləri də var. O, dərialtı qansızmalar, yerli ödemə (astıq mayenini toplanması) səbəb ola bilər. Preparatın təsiri tədricən başlayır və təsir müddəti yaşdan, orqanizmin funksional vəziyyətindən asılı olaraq 6-11 ay davam edir.



AZ / RU

KOSMETOLOGİYA

Üzün aparat vasitəsilə təmizlənməsi
Ultrasəsli pillinq, liftinq, masaj
Sızanaqların müalicəsi
Kontur plastikası
Kimyəvi pilinq
Botoks
Mezoterapiya
Parafinoterapiya
Üzün nəmləndirilməsi, liftinq, anti-age qulluq
Üzün cilalanması
Radiodalğalarla cavanlaşma
Tatuaj


SPA PROSEDURLARI

Spa nədir?
Masaj
Antisellilüt masajı
Bürünmələr
Bədənin pilinqi
Limfodrenaj
Termoyorğan
Pəhriz
Sauna
Day Spa

TRIXOLOGİYA

Saç müalicəsi
Saçlara qulluq

LAZER

Lazer epilyasıyası

Lazerlə cavanlaşma
Lazerin dermotologiyada tətbiqi

SOLYARIY
FORUM






(C) Bütün hüquqlar qorunub  "Hi-Fi Estetiks" / Site by Dreamcast Designer